İDMAN


Kapoeyra üzrə yığma komandamız Budapeştdə keçirilən beynəlxalq turnirdə 14 medal qazanıb

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası yanvarın 14-16-da Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə 14 medal qazanıb.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, turnirə 16 idmançı ilə qatılan yığmamız medal sayına görə komanda hesabında ikinci yeri tutub.

Uşaq kateqoriyalarında Fəxri Məmmədəlizadə, Cavidan Pənahlı, Şəms Rəhimzadə birinci yeri tutublar. Qabil Vəliyev, Rəsul Muradlı, Maksim Okolokulak, Əli Məmmədli ikinci, Kənan Abdullayev və Cavadxan Məmmədzadə isə üçüncü olublar.

Böyüklər kateqoriyasında Fərid Allahverdiyev (82 kq) qızıl medal qazanıb. Oxçu Şahmuradov (+82 kq) və Xuraman Ramazanova (+60 kq) gümüş, Fərid Səlimov (70 kq) və Elsevər Heydərov (82 kq) bürünc medallara layiq görülüblər.

Yarışların idarə olunmasında ölkəmizi Elgiz Əlizadə, Oxçu Şahmuradov və Zahid Rüstəmbəyov təmsil ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.