İDMAN


Karate üzrə IX beynəlxalq “Baku Open” turniri başa çatıb

Bakı, 2 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Azərbaycan Milli Karate Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən IX “Baku Open” beynəlxalq karate turniri başa çatıb.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, üç gün davam edən yarışda 12 ölkədən 850-dək idmançı mübarizə aparıb.

Turnir çərçivəsində dünya şöhrətli karateçimiz Rafael Ağayevin rəhbərliyi ilə uşaq və yeniyetmə idmançılar üçün seminar təşkil edilib.

Gələn il ənənəvi “Baku Open” beynəlxalq karate turnirinin on illik yubileyinin daha geniş miqyasda təşkil edilməsi nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.