İDMAN


Karateçi İlahə Qasımova: “Baku Open” turniri Avropa çempionatına hazırlıq baxımından ciddi sınaqdır

Bakı, 15 mart, Leyla Qurbanova, AZƏRTAC

“Baku Open” turnirində hazırlığımı bir daha yoxladım. Döyüşlər uğurlu alındı. Bir müddət hazırlıq baxımından zəifləmişdim və qarşılaşmalarda istədiyim kimi çıxış edə bilmirdim. Sevinirəm ki, yarışda qalib adını qazandım.

Bu sözləri “Baku Open” turnirində 55 kiloqram çəki dərəcəsində qızıl medal qazanan birinci Avropa Oyunlarının bürünc, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı, Avropa çempionu İlahə Qasımova AZƏRTAC-a müsahibəsində deyib.

“Baku Open” turnirinin martın sonunda keçiriləcək qitə çempionatına hazırlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayan idmançı bildirib: “Ayın sonunda İspaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcəyəm. “Baku Open” Avropa çempionatına hazırlıq baxımından ciddi sınaqdır. Əminəm ki, qitə çempionatında maksimum nəticə göstərə biləcəyəm”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.