İDMAN


Karateçilərimiz V İslam Həmrəyliyi Oyunlarında 6 medala sahib olublar

Konya, 18 avqust, Səxavət Quliyev, AZƏRTAC

Azərbaycan karateçisi Asiman Qurbanlı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olub.

AZƏRTAC xəbər verir ki, yarışda 84 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız finalda uduzaraq gümüş medalla kifayətlənib.

Karateçilərimiz İslamiadanı 6 medalla başa vurublar. İrina Zaretska (64 kq) qızıl, Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı gümüş, Mədinə Sadıqova (55 kq), Roman Heydərov (kata) və Tural Ağalarzadə (67 kq) isə bürünc medala sahib çıxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.