REGİONLAR


Karol Büro-Bonnar: Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətləri qəbuledilməzdir

Gəncə, 23 iyul, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycana artıq ikinci səfərimdir. Təəssüf ki, ilk səfərimdə işğaldan azad edilmiş torpaqlarınıza baş çəkmək imkanım olmadı. Bu gün isə bu imkanı yaradanlara öz təşəkkürümü bildirirəm. Səfərdə məqsədimiz müharibədən zərər çəkmiş və işğaldan azad edilmiş ərazilərə baş çəkmək və qayıtdıqdan sonra gördüklərimizi Fransa ictimaiyyətinə çatdırmaqdır.

AZƏRTAC xəbər verir ki, bunu Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvü Karol Büro-Bonnar jurnalistlərə müsahibəsində bildirib.

“İstəyirik ki, Fransa ictimaiyyəti bizim vasitəmizlə düzgün informasiyanı əldə etsin. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan tikinti-quruculuq və abadlıq işləri haqqında məlumat verməkdir. Gəncədə gördüklərimiz bizdə təəssüf doğurdu və bu vəhşiliklər insanlığa qarşı cinayətdir. Ermənistanın burada törətdiyi müharibə cinayətləri nəticəsində mülki şəxslər həyatını itirib. Bu da qəbuledilməzdir”, - deyə Karol Büro-Bonnar qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.