DÜNYA


Kataloniyada yaşayış binasında güclü yanğın: 3 ölü, 15 yaralı

Bakı, 5 yanvar, AZƏRTAC

İspaniyanın Kataloniya əyalətinin Badalona şəhərindəki yaşayış binasında baş verən güclü yanğın nəticəsində üç nəfər ölüb, on beş nəfər yaralanıb.

AZƏRTAC “Efe” agentliyinə istinadla xəbər verir ki, yanğın onmərtəbəli yaşayış binasında baş verib. Yaralılardan biri uşaqdır. Onun vəziyyəti ağırdır. Alovdan xilas olmaq üçün özlərini binadan atan iki nəfər ağır xəsarətlər alıb.

Təhlükəsizlik məqsədilə qonşu binanın sakinləri təxliyə olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.