MƏDƏNİYYƏT


Kazanda “Extension.az: Məxməri etiraflar” sərgisi keçirilir

Moskva, 3 avqust, AZƏRTAC 

Tatarıstanın paytaxtı Kazanda, “Smena” Müasir Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamların “Extension.az: Məxməri etiraflar” adlı sərgisi keçirilir.

AZƏRTAC xəbər verir ki, sərginin ekspozisiyasında 15 rəssamın sulu boya ilə çəkilmiş mənzərələrdən tutmuş videoinstallyasiyalaradək müxtəlif janrlara aid əsərləri təqdim edilir. Təşkilatçıların fikrincə, əsərlər Azərbaycanın müasir incəsənəti dünyasına bələdçi rolunu oynayacaq, həmçinin sərgiyə gələnləri bu ölkənin tarixi və mədəniyyəti ilə tanış edəcək.

Sərgidə Aydan Salahova, Sədaqət Xəyal-Kuşku, Niyaz Nəcəfov, Fərhad Fərzəli, Törə Ağabəyova və digərlərinin əl işləri ilə tanış olmaq mümkündür.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.