İQTİSADİYYAT


Keçən il hər bir ölkə sakini 930 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib

Bakı, 24 yanvar, AZƏRTAC

2018-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci illə müqayisədə real ifadədə 3 faiz artaraq 9 milyard 131,7 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 615,3 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 72,4 faizinə bərabər olub.

Ötən il hər bir ölkə sakini orta hesabla 929,9 manatlıq və ya əvvəlki illə müqayisədə nominal ifadədə 42,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.