REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyi 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir
Bakı, 1 aprel, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabinetinin 2022-ci il 5 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən Azərbaycan Dövlət Aqrar Universiteti, “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxs və elmi tədqiqat institutlarına fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər aprelin 5-dən başlayaraq Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmaqla “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Sənəd qəbulu üçün son tarix mayın 5-dəkdir.