REGİONLAR
Kəngərli rayonunun Qarabağlar kəndinə su-kanalizasiya xətləri çəkilir
Kəngərli, 2 iyun, AZƏRTAC
Bu ilin aprel ayından muxtar respublikanın Kəngərli rayonunun Qarabağlar kəndində yeni içməli su və kanalizasiya sistemlərinin qurulmasına başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, layihə üzrə yeni qurulan sistemlər kənddəki 1200 evi əhatə edəcək. Artıq bu günədək 180 evə su və kanalizasiya xətləri çəkilib. Hazırda küçə və məhəllələrdə qazıntı işləri görülür, 63 və 90 millimetrlik borularla ana xətlər çəkilir, ev birləşmələri aparılır. Kənddəki abonentlərin içməli su ilə davamlı təminatı üçün burada ümumi tutumu 20 min kubmetr olan 4 yeni su anbarı da fəaliyyət göstərəcək. Artıq bu istiqamətdə də işlərə başlanılıb.
Su və kanalizasiya sistemlərinin qurulması növbəti mərhələdə digər kənd yaşayış məntəqələrində və rayon mərkəzi olan Qıvraq qəsəbəsində də davam etdiriləcək.