İDMAN


Kərim Benzema: Fransanın ən yaxşı bombardiri olmağımla fəxr edirəm

Bakı, 29 noyabr, AZƏRTAC

İspaniya La Liqasının növbəti turu çərçivəsində “Real Madrid”in “Sevilya”nı 2:1 hesabı ilə məğlub etdiyi oyun madridlilərin fransalı hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, həmin oyunda karyerasında 361-ci dəfə fərqlənən Benzema ən çox qol vuran fransalı futbolçu kimi tarixə düşüb. O, 360 qolla indiyədək bu rekordun sahibi olan Tyeri Anrini geridə qoyub.

Benzema bununla bağlı tviterdəki paylaşımında Fransanın ən yaxşı bombardiri olması ilə fəxr etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.