CƏMİYYƏT


Keşlə qəsəbəsindəki evdən velosiped oğurlayan şəxs yaxalanıb

Bakı, 17 noyabr, AZƏRTAC

Nizami rayonunda oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 16-da Keşlə qəsəbəsindəki evlərin birindən 660 manat məbləğində pul, 800 manat dəyərində qızıl qolbaq, mobil telefon və velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Şirəliyev rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.