İDMAN


Kikboksçumuzun İspaniyada keçirdiyi döyüş heç-heçə ilə yekunlaşıb

Bakı, 16 fevral, AZƏRTAC

İspaniyada yaşayan azərbaycanlı idmançı, “Qarabağ” idman klubunun baş məşqçisi Şamo Eyvazov növbəti döyüşünə Azərbaycan musiqisi ilə çıxıb.

Bu barədə AZƏRTAC-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Bildirib ki, İspaniya Kikboksinq Federasiyasının üzvü, peşəkar idmançı, 2017-ci ildə muay-tay idman növü üzrə İspaniya çempionu Ş.Eyvazov növbəti döyüşünü keçirib. Həmyerlimiz dünya və Avropa çempionu David Ruislə Bilbao şəhərində kikboksinqin K-1 versiyası üzrə döyüş keçirib. Döyüşdə idmançımız rəqibini naqdauna salmasına baxmayaraq, hakimlər döyüşün heç-heçə bitməsinə qərar veriblər. Azərbaycanlı idmançı döyüşə üçrəngli bayrağımız və “Sən gəlməz oldun” musiqisi ilə çıxıb.

Qeyd edək ki, döyüşü üç mindən çox azarkeş izləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.