MƏDƏNİYYƏT


Kitabxananın hazırladığı növbəti videoçarx türk xalqlarının tarixindən bəhs edir

Bakı, 8 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Şanlı türk xalqları, onların qürurverici tarixi” adlı videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.

Videomaterialda bildirilib ki, türklər dünyanın qədim və qüdrətli xalqlarındandır. Tarixi olmayan xalq yoxdur. Lakin xalqların bir-birindən fərqi onların tarixlərinin qədim, mədəniyyətlərinin zəngin olması ilə müəyyənləşir. Türklərin bəşər sivilizasiyasının inkişafında, dünya ictimai-siyasi modelinin və ədəbi-bədii fikrinin formalaşmasında oynadığı rolu nəzərə alsaq, bu xalqın fərqli tarix və fərqli mədəniyyətə sahib olduqları təsdiqini tapar.

XX əsr türk ədəbiyyatının məşhur nümayəndəsi Əziz Nesinin təbirincə desək, “hər bir millətin böyüklüyü onun əhalisinin çoxluğuna və ərazisinin genişliyinə görə müəyyənləşdirilmir. Hər bir xalqın böyüklüyü onun tarix və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyənləşdirilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.