DÜNYA


Kiyev ərazisinə kamikadze dronlarla hücum olub, ölənlər və xəsarət alanlar var

Kiyev ərazisinə kamikadze dronlarla hücum olub, ölənlər və xəsarət alanlar var

Kiyev, 22 mart, AZƏRTAC

Martın 22-nə keçən gecə Kiyev vilayətinə pilotsuz kamikadze uçuş aparatı ilə hücum zamanı mülki obyektə ziyan dəyib və yanğın başlayıb, 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyası məlumat yayıb.

"Kiyev vilayətində pilotsuz uçuş aparatının gecə hücumu nəticəsində mülki obyektə ziyan dəyib. Hazırda 3 ölü və 7 yaralı məlumdur. Məlumat dəqiqləşdirilir", - deyə bildirilir.

Hadisə yerində Dövlət Fövqəladə Hallar Xidmətinin, Milli Polisin və müvafiq fövqəladə hallar xidmətlərinin bölmələri işləyir. Zərərçəkənlərə lazımi yardım göstərilir.

Gecə boyu Ukrayna ərazisinə, o cümlədən paytaxt Kiyevə və onun vilayətinə Rusiya silahlı qüvvələri tərəfindən İran istehsalı olan kamikadze dronları ilə hücum olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri gecə saatlarında “Şahed-136” PUA-dan istifadə edərək kütləvi hava zərbəsi endirib. İlkin məlumatlara görə, düşmən 21 pilotsuz uçan aparatı işə salıb, onlardan 16-sı Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.