SİYASƏT


Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 48-ci iclası keçiriləcək

Kiyev, 26 noyabr, AZƏRTAC

Noyabrın 27-28-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 48-ci iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, iclasın ilk günü quruma üzv olan ölkələrin ekspertlər səviyyəsində müzakirələri olacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Noyabrın 28-də isə GUAM-a üzv olan ölkələrin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı olacaq. Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

İclasın sonunda protokol imzalanacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.