MƏDƏNİYYƏT


Klassik cazın sevilən siması Ceymi Devis Bakıda çıxış edəcək

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində klassik cazın sevilən simalarından biri Ceymi Devis ilk dəfə olaraq Bakıda konsert proqramı ilə çıxış edəcək. Dərin, güclü, məxməri bariton səsə sahib olan ifaçını bəzən şokoladlı səs kimi də təqdim edirlər.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Bakıdakı konsertində tamaşaçılara unudulmaz caz gecəsi təqdim edəcək sənətçinin proqramı caz üslublarının qarışından ibarət olacaq. O, bir üslubdan digərinə asanlıqla keçid edərək populyar kompozisiyalardan klassik ariyalara qədər ifa edir. Bu ifaların hər birinə isə öz müəllif yanaşmaları və şəxsi aranjirovkalarının sayəsində qəlblərə yol tapır.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi çoxsaylı musiqi layihələri həyata keçirir. Bu sıradan muğam-caz, etno-caz layihələri də tamaşaçı rəğbəti qazanaraq diqqət çəkir. Həmçinin Bakıda hər il ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Caz Festivalı da məhz Muğam Mərkəzinin səhnəsindən tamaşaçılarla görüşə gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.