İDMAN


Komandalar arasında Avropa çempionatında Azərbaycan şahmatçıları da iştirak edəcəklər

Bakı, 14 oktyabr, AZƏRTAC

Noyabrın 12-də Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatı start götürəcək.

AZƏRTAC xəbər verir ki, kişilərin yarışında Azərbaycan yığmasının heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abasov çıxış edəcəklər. Qadınlar arasında turnirdə komandamızın tərkibində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparacaqlar.

Avropa çempionatında kişilərin yarışında 18, qadınların mübarizəsində isə 30 komanda iştirak edəcək.

Kişilər arasında Azərbaycan komandası reytinq üzrə ikinci sırada qərarlaşıb. Turnirin reytinq favoriti isə Rusiya komandasıdır.

Çempionata noyabrın 21-də yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.