SİYASƏT


Komitə sədri: “Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi demək olar ki, hazırdır

Bakı, 5 dekabr, AZƏRTAC

“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

O əlavə edib ki, xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanıb və Təhsil nazirliyinə təqdim edilib. Bundan əlavə “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması ilə bağlı məsələ də Milli Məclisdə müzakirə edilərək qəbul olunub.

"Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi demək olar ki, artıq hazırdır. Qanun layihəsi müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunacaq. Ümid edirik ki, yeni parlament formalaşdıqdan sonra bu yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Onu da qeyd edim ki, qanun layihəsi hazırlanan zaman beynəlxalq və bir neçə ölkənin təcrübəsi öyrənilib”-, deyə F.Muradov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.