İDMAN


Konkur üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 16 may, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Bakı Dövlət Cıdır Meydanında atçılıq idmanının konkur növü üzrə paytaxt birinciliyi keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, 80–90 santimetr hündürlükdə maneələri dəfetmə üzrə yarışda “Maraqlı” ləqəbli atla Kənan Əhmədov birinci olub. 100–120 santimetr hündürlükdə maneələri dəfetmə yarışlarında “Light Limerick” ləqəbli atla Murad Əlizadə qalib adını qazanıb.

Qaliblər Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif ediliblər.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.