CƏMİYYƏT


Könüllülərin Azərbaycan - Türkiyə həmrəylik görüşü keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 3-də Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyənin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 5 dekabr- Beynəlxalq Könüllülər Günü münasibətilə “Gənc Könüllülərin Azərbaycan-Türkiyə həmrəylik görüşü” baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirdə hər iki qurumun nəzdində fəaliyyət göstərən eyniadlı Gənc Könüllülər hərəkatlarının 500-ə yaxın üzvü onlayn şəkildə iştirak edib.

Çıxışlarda “Bir millət, iki dövlət” şüarına uyğun iki ölkə arasındakı qardaşlıq münasibətləri, ortaq milli-mənəvi dəyərlər, mədəniyyət və dil barədə çıxışlar edilib, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunduğu qeyd olunub, şəhid olan əsgər və zabitlərin əziz xatirəsi yad edilib.

Görüş istedadlı gənc könüllülərin öz bacarıqlarını nümayiş etdirməsi və həyatın müxtəlif sahələrinin inkişafına təkan verən innovativ ideyalarını səsləndirməsi ilə davam etdirilib. Görüşdə iştirak edən hər iki qurumun nümayəndələri gələcəkdə Azərbaycan və Türkiyə gənclərinin və könüllülərinin təcrübə mübadiləsinin təşkil olunması üçün birgə layihələr həyata keçirəcəklərini bildirdilər.

Ortaq əməkdaşlıq və birgə layihələr barəsində ictimaiyyətə əlavə olaraq məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.