DÜNYA
Koreya Respublikasında KXDR təhlükəsi ilə bağlı təcili iclas keçiriləcək
Bakı, 10 avqust, AZƏRTAC
Koreya Respublikasının Prezidenti Mun Çe-in avqustun 10-da Milli Təhlükəsizlik Şurasının KXDR tərəfindən raket təhlükəsinə həsr olunmuş növbədənkənar iclasını keçirmək barədə göstəriş verib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, milli müdafiə naziri və ölkə liderinin təhlükəsizlik üzrə müşavirlərinin də iştirak edəcəyi görüş günün 2-ci yarısında başlayacaq. Koreya Respublikası rəhbərliyinin nümayəndələrinin KXDR-in sonuncu sərt bəyanatlarını və onun mümkün raket zərbələrinə qarşı cavab tədbirlərini müzakirə edəcəklər.
Xatırladaq ki, bir qədər əvvəl Koreya Xalq Ordusunun nümayəndələri Sakit Okeanın Quam adasında yerləşən ABŞ-a məxsus hərbi obyektlərə qabaqlayıcı zərbələr vurmaq barədə plan hazırladıqlarını bildiriblər. Rəsmi Pxenyan bu addımın Asiya və Sakit Okean regionunda ABŞ ordusunun təxribatının qarşısının alınmasına yönəldiyini vurğulayıb.
Buna cavab olaraq ABŞ-ın Müdafiə Nazirliyi Şimali Koreyanın 20-yə yaxın hərbi obyektinə qabaqlayıcı zərbələrin endirilməsinin mümkünlüyü barədə bəyanat verib. Raketlərin buraxılması üçün istifadə olunan meydançalar, sınaq kompleksləri və köməkçi binalar Birləşmiş Ştatların mümkün hədəfləri arasındadır.