DÜNYA
Koreya Respublikasında dünyada ilk dəfə olaraq “robotlara vergi” tətbiq ediləcək
Bakı, 21 avqust, AZƏRTAC
Koreya Respublikası hökuməti dünyada ilk dəfə olaraq “robotlara vergi” adlanan yeni vergi tətbiq edəcək. Bu addım insanları robotların əvəz etməsinin kütləvi işsizliyə yol açması barədə ictimai rəydə formalaşmış qorxu fonunda atılıb.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, bununla bağlı ölkədə robot texnologiyası üçün müəyyənləşdirilmiş vergi güzəştlərinin məhdudlaşdırılacağı gözlənilir.
Hesab edilir ki, “robotlara vergi” insanların əvəzinə maşınların işləyəcəyi şəraitdə gəlir vergisi üzrə itirilmiş məbləği kompensasiya edə, eləcə də işsizliyin gözlənilən artımı ərəfəsində sosial xəzinənin doldurulmasına yardımçı ola bilər.
“Robotlara vergi” təklifi artıq bu ilin sonundan qanunvericilikdə qüvvəyə minə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]