Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Koreyalı professor: Bakı küləklər şəhəridir və burada iqlimə xarakterik xəstəliklər mövcuddur

Bakı, 21 fevral, Günel Məlikova, AZƏRTAC 

Bir sıra elmi sahələrdə olduğu kimi, tibbin də məhz Şərqdən Avropaya yayıldığı bilinir. Şərqin İbn Sina, Əbu Reyhan Biruni, Zəkəriyyə Əl Razi, İbn Təlmis, ən Nəfis, İbn al-Baytar və bir sıra dünya şöhrətli təbibləri olub. Adları çəkilən alimlər özlərindən sonra yüzlərlə qiymətli əsərlər yadigar qoyublar. Hazırda Şərq təbabətinin dünyada xüsusi və əvəzsiz yeri var.

Qədim tarixə malik Koreya təbabəti klassik Şərq müalicə üslublarını özündə əks etdirir. Bu təbabəti fərqləndirən əsas cəhət insan bədənini dörd tipə ayıran Susanq konstitusiyasıdır. Bu nəzəriyyənin əsasında hər bir insanın müxtəlif bədən üzvlərinin tam özünəməxsus quruluşa malik olması və ümumi müalicə üsullarından qaçınmaqla pasiyentlərə fərdi yanaşma fikri dayanır. Bu prinsip əsasında çalışan həkim müalicəyə başlamazdan əvvəl mütləq pasiyentlə onun şikayəti, ağrıları, qidalanması, həyat tərzi, xəstəliyinin yaranma səbəbləri haqqında soruşur. Koreya Şərq təbabəti metodları ilə aparılan müalicənin ən üstün cəhətlərindən biri də onun əks təsirə malik olmamasıdır.

Bu elmin Azərbaycanda da tətbiqi istiqamətində 2006-cı ildən etibarən SEBA (Seul-Bakı) Assosiasiyası və Koreya Kyung Hee Universitetinin birgə əməkdaşlığı nəticəsində adıgedən universitetinin Bakıda Şərq Təbabəti Klinikasının şöbəsi fəaliyyətə başlayıb. Klinika Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının tərkibində təşkil edilib. Müasir Koreya təhsil sahəsinin ali təhsil ocaqlarından biri olan Kyung Hee Universitetində tibb mərkəzi 1971-ci ildən etibarən fəaliyyət göstərir.

AZƏRTAC-a məxsusi müsahibəsində klinikanın baş həkimi Zərifə Quliyeva bu tibb müəssisəsi barədə məlumat verib.

Z.Quliyeva bildirib: “Qərb təbabətinin bir o qədər də təsir etmədiyi bəzi xəstəliklər məhz Şərq təbabəti yolu ilə edilən müalicəyə daha yaxşı cavab verir. Klinikamızda müalicə istiqamətlərindən biri, bəlkə də əsası fitoterapiyadır.

Müqaviləyə əsasən klinikamızda hər biri müəyyən müddətə gələn koreyalı professor və fizioterapevtlər tərəfindən oynaq-əzələ, ürək-qan-damar, allergik, dermatoloji, mədə-bağırsaq, tənəffüs, nevroloji və psixomatik xəstəliklər müalicə olunur. Həkimlərimiz hər il dəyişir. Bəzən isə həkimə tələbatın yüksək olduğu nəzərə alınaraq bu mütəxəssis yazışma əlaqəli iki il müddətinə saxlanılır. Klinikamız demək olar ki, səhiyyənin hər bir sahəsini əhatə edir. Burada müayinələr Azərbaycanda analoqu olmayan cihazlarla aparılır, xəstəliklər müxtəlif üsullarla müalicə olunur. Bu üsullara akupunktura, moksibişn, vakuum, autotens terapiyaları, nöqtə masajı, infraqırmızı işıq və bitki mənşəli dərmanlar aiddir. Onu da qeyd edim ki, müalicədə məhz bizim müəssisə üçün xüsusi olaraq Koreyadan gətirilmiş kimyəvi qatqısız, bitki mənşəli dərmanlardan istifadə edilir. Bu dərmanlar Kyung Hee Universitetinin mütəxəssisləri tərəfindən hazırlanır. Bu preparatlardan müalicədə həm dərman, həm də bioəlavə kimi istifadə edilir.

Klinikamızda həkim kosmetoloq da fəaliyyət göstərir. Kosmetologiya dedikdə bizim ağlımıza ilk gələn kosmetoloji prosedurlar və ya dəriyə qulluq vasitələridir. Lakin bizim həkim üzün müxtəlif səbəblərdən deformasiyasının aradan qaldırılmasına kömək edir, əzələ sallanmaları və qırışları aradan qaldırır, sinirlərin funksiyalarını artırılmasına kömək edir. Xüsusi cihaz vasitəsilə dəridə olan ləkələr demək olar ki tam aradan qaldırılır. Burada müasir kosmetologiyaya məxsus vasitələrdən fərqli olaraq sırf təbii maddələr əsasında hazırlanmış maska və kremlərdən istifadə edilir. Klinikada böyüklərlə yanaşı uşaqlara da tibbin müxtəlif sahələrində xidmət göstərilir”.

Klinikanın həkimləri, Kyung Hee Universitetinin professorları Qaya Çoi və Von Seok-Çang fəaliyyət istiqamətləri haqqında ümumi məlumat veriblər. Bildirilib ki, insan bədənində müxtəlif orqanların fəaliyyətinə cavabdeh 365 nöqtə var. Şərq təbabətində bir hissə ağrıdıqda bütün bədən müalicə olunur. Bu da o deməkdir ki, əgər insanın hansısa bir nahiyəsi ağrıyırsa bu müalicə yalnız ora deyil bütün bədənə tətbiq olunur. Bu üsulla ilk olaraq bədənin enerji balansı nəzarətdə saxlanılır. Hər ölkənin öz hava şəraitinə uyğun xəstəlikləri var. Bakı küləklər şəhəridir və burada da iqlimə xarakterik xəstəliklər mövcuddur. Bunlardan artrit, artroz, revmatizm, sümüklərin iltihabı, əzələ gərginliyi kimi xəstəlikləri misal çəkmək olar. Müalicələrimiz müxtəlif istiqamətlidir. Yalnız təbii maddələrdən istifadə edirik. Dərmanların qəbulu qısamüddətli təyin edilir. Dərman preparatları ilə yanaşı arı zəhərindən də istifadə edilir. Bu maddə artroz, artritdə, revmatizm və ümumiyyətlə oynaq xəstəliklərində çox effektiv təsir göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək