CƏMİYYƏT


Koronavirusa yoluxduğunu bildiyi halda həmkəndliləri ilə söhbət edən Zərdab rayon sakini barəsində cinayət işi başlanıb

Bakı, 30 noyabr, AZƏRTAC

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Zərdab Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, noyabrın 29-da COVID-19 virusu ilə bağlı verdiyi testin nəticəsi pozitiv olan rayon sakini 1971-ci il təvəllüdlü Ağayev Səbuhi İlyas oğlu karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, noyabrın 27-də rayonun Zərdab rayonu ərazisində ərzaq mağazasında rayon sakinləri ilə təmasda olaraq epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Zərdab Rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.