CƏMİYYƏT


Koronavirusla əlaqədar aparılan testlərin sayı açıqlanıb

Bakı, 1 iyul, AZƏRTAC

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6645 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 482 min 170-ə çatıb.

Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 7596-ya bərabərdir. Xəstələrdən 182 nəfəri reanimasiyadadır ki, onlardan da 37-si süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyunun 30-da Azərbaycanda koronavirus infeksiyasına daha 556 yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 17 min 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.