Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Kredit müqavilələrində zaminin hüquq və öhdəlikləri

Kredit müqavilələrində zaminin hüquq və öhdəlikləri

Bakı, 6 iyul, AZƏRTAC

Zamin borcalandan zaminlik xidmətinə görə muzd almaq hüququna malikdir. AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Məsumə Talıbovanın kredit müqavilələrində zaminin hüquq və öhdəlikləri ilə bağlı müsahibəsini təqdim edir.

- Zamin kimə deyilir?

- Zamin əsasən istehlak kreditlərində borcalanın borcu ödəyə bilmədiyi təqdirdə onun bu öhdəliyinin ötürüldüyü şəxsdir. Yəni, zamin qismində çıxış edən şəxsi bir növ öhdəlik üzrə borcalan şəxsə şərik adlandıra bilərik. Zaminlik kreditorların risklərini azaltmaq üçün istifadə etdikləri təminat növüdür. Kredit təşkilatı kredit üçün müraciət edən şəxsə vəsaiti ayırmadan öncə həmin şəxsin bu borcu ödəyə bilmədiyi hallarda öhdəliyin hansı formada ödəniləcəyini nəzərdən keçirir. Belə hallarda risklərin azaldılması üçün əmlakın girov qoyulması, sığortaların tətbiqi və zamin qismində üçüncü şəxsin cəlb olunması kimi təminat növlərindən istifadə olunur. Bu təminat növlərindən ən çox maarifləndirmə aparılmasına ehtiyac olan isə məhz zaminlikdir.

Belə ki, çox zaman zamin qismində çıxış edən şəxslər öz məsuliyyətlərini, üzərlərinə götürdükləri öhdəliyin mahiyyətini və risklərini bilmədən kredit müqavilələrini imzalayırlar və sonradan hər hansı bir problem yarandıqda onlar üçün bu vəziyyət gözlənilməz olur, bəzən hətta bu öhdəliklərin üstəsindən gəlməkdə aciz vəziyyətə düşürlər. Bu kimi halların qarşısını almaq üçün zamin kimi çıxış edəcək şəxs mütləq formada öz hüquq və öhdəliklərini öncədən bilməli, imzalayacağı bütün sənədlərin gələcəkdə onun üçün nə kimi öhdəliklər yaradacağını başa düşməli və buna hazır olmalıdır.

- Zaminin hüquq və öhdəlikləri hansılardır?

- Zamin artıq qeyd edildiyi kimi, borc alan şəxsin öhdəliyinə şərikdir, yəni bu bir növ onun da öhdəliyidir. Borcalan krediti ödəmədiyi halda, qanunla zamin yerdə qalan məbləği faiz dərəcəsi ilə birgə ödəməlidir. Bundan başqa əgər borcalan ödəməni dayandırarsa hər gecikmiş günə görə bankın müəyyən etdiyi səviyyədə əlavə cərimə ödənişi də zaminin öhdəliyində hesab olunur. Əlbəttə bu öhdəliklər dərhal zaminin üzərinə keçirilmir. Müqavilə şərtlərinə əsasən qaydalar çərçivəsində müxtəlif tədbirlər görülür, ödəmələrin dayandırılmasının səbəbləri araşdırılır, mümkün çıxış yolları nəzərdən keçirilir. Belə hallarda borcalana müəyyən güzəştlər tətbiq oluna, eyni zamanda, kreditin restrukturizasiyası aparıla bilər. Bu kimi tədbirlərə baxmayaraq, borcalanın tamamən ödəmə qabiliyyətini itirdiyi təqdirdə isə zaminə müraciət olunur.

Zaminin məsuliyyəti iki formada ola bilər:

- Birgə məsuliyyət

- Subsidiar məsuliyyət

Zamin birgə məsuliyyət daşıyırsa, borcalan ödənişləri dayandırdıqda bank məhkəməyə müraciət etmədən krediti ödəmək tələbini birbaşa zaminə ünvanlaya bilər. Zamin subsidiar məsuliyyət daşıdıqda isə kredit təşkilatı tərəfindən öncə məhkəməyə müraciət olunmalı sonra isə məhkəmə qərarı ilə krediti ödəmək tələbi zaminə ünvanlanmalıdır.

Digər önəmli məsələ zaminin öz hüquqlarını bilməsidir. İlk başda zamin borcalanın maddi vəziyyətinə görə və ya öz şəxsi səbəblərinə görə kredit üzrə zamin olmaqdan imtina edə bilər. Yəni, bu öhdəlikləri öz üzərinə götürməyə razı olmamaq zaminin hüquqlarına daxildir. Bundan başqa zaminin müqavilə şərtləri ilə tanış olduqda bu şərtlər onu qane etmədiyi təqdirdə müqaviləni imzalamamaq hüququ da var. Bu halda müqavilə şərtlərinə yenidən baxıla və ya ümumən zaminlikdən imtina oluna bilər. Zamin qismində çıxış edən şəxslər adətən borcalana yaxın şəxslər olduğundan bu hüquqlarını istifadə etməkdən bəzən çəkinirlər. Lakin unutmaq lazım deyil ki, bu öhdəlik həm də onlara aiddir və kredit şərtlərini seçmək zaminin də haqqıdır. Bundan başqa zamin borcalandan zaminlik xidmətinə görə muzd almaq hüququna da malikdir. Ölkəmizdə bu hüquqdan demək olar ki, çox az istifadə olunur. Zaminin risk premiumu olaraq müəyyən ödəniş tələb etməsi hüquqi olaraq dəstəklənir.

Zamin müqaviləni imzaladıqdan sonra da müəyyən hüquqlara malikdir. Belə ki, zamin borcalan krediti ödəmədiyi halda, kreditin ödənilməli hissəsi haqqında tam ətraflı məlumat ala bilər. Bu artıq onun da öhdəliyi olduğundan istənilən məlumatı tələb etmək hüququ var. Öhdəliklər zamin tərəfindən ödəndikdə isə onun ödənilmiş məbləği sonradan borcalandan tələb etmək hüququ da var. Belə ki, kreditorun həmin öhdəlik üzrə hüquqları zaminə kreditorun tələbini ödədiyi həcmdə keçir. Başqa sözlə borcalan 1000 manatlıq kreditin 500 manatını ödədikdən sonra yerdə qalan 500 manatını ödəyə bilmədikdə zamin bu məbləği ödəyir, sonra isə ödədiyi məbləğ həcmində vəsaiti (yəni, 500 manat) borcalandan ala bilər. Borcalan artıq banka deyil zaminə 500 manat borclu olmuş olur. Zaminin borcalanla yaxın münasibətlərini nəzərə aldıqda zaminin bankla müqayisədə borcalanın maddi vəziyyətinin nə zaman yaxşılaşdığına dair daha dəqiq məlumatlar almaq imkanı çox ola bilər. Eyni zamanda, zamin qismində çıxış edən şəxs bu borcun ödənilməsinə dair daha yumşaq tələblər irəli sürə, tolerantlıq göstərə və ya tamamən bu borcu ona bağışlaya da bilər. Bu, zaminin şəxsi qərarıdır. Zamin qismində çıxış edən çox insan sonradan ödədiyi məbləğlərin artıq geri qaytarılmayacağını düşünür və bu məbləği tələb etmək hüquqlarının olmasına dair məlumatsız olurlar. Önəmli məqam odur ki, zaminlər bu hüquqlarını bilsinlər. Sonda hansı yolu üstün tutmaları isə artıq öz könüllü seçimləri olacaq.

- Zamin müqaviləni imzaladıqdan sonra bu öhdəlikdən imtina edə bilərmi?

- Əgər borcalan dəyişmişsə və ya zamin yeni borcalan üçün cavabdeh olmaq barəsində kredit verənə razılıq verməmişsə bu öhdəlikdən imtina etmək hüququ var. Eyni zamanda, zaminin razılığı olmadan onun öhdəliyi dəyişdirildikdə və bu dəyişdirilmə müqavilə üzrə məsuliyyətin artırılmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda da zamin öhdəlikdən imtina edə bilər.

- Zamin qismində çıxış etməyə qərar verən şəxslərə nəyi tövsiyə edərdiniz?

- Zamin öncə öz risklərini qiymətləndirməlidir. Müqavilə imzalamadan əvvəl zamin borcalanın gəlir və xərclərini diqqətlə öyrənməli, ödəmə qabiliyyətinin kredit müddəti və həcminə nə dərəcədə uyğun olduğunu təhlil etməlidir. Kreditorlar bu kimi məqamları analiz edir, lakin unutmaq lazım deyil ki, borcalandan sonra ikinci məsul şəxs zamindir, burada bankdan çox risk zaminin üzərindədir. Həmçinin bankın risklərinin müqabilində faiz gəlirləri olduğu halda zaminin adətən heç bir qazancı olmur. Bütün bunları nəzərə alaraq zaminin ən az bank qədər riski var. Eyni zamanda, zamin öz ödəmə qabiliyyətini də nəzərə almalıdır. Belə ki, öhdəliklər zaminin üzərinə keçirildikdə bu ödənişləri artıq o ödəməli olacaq. Nəzərə alınmalıdır ki, borcalanın əvəzinə ödədiyi kredit ödənişlərində gecikməyə yol verirsə, bu zaminin şəxsi kredit tarixçəsini pisləşdirir.

Bundan başqa, zamin qismində çıxış edən şəxslərin dost və tanışlara zamin durması, onların gələcəkdə özləri üçün kredit götürmək və doğmaları üçün zamin durmaq imkanını məhdudlaşdırır və ya tamamən yox edir.

Bu baxımdan zamin durmadan öncə zaminliyin onların şəxsi maraqlarına nə dərəcədə uyğun olduğunu təhlil etmələrini tövsiyə edərdim. Yəni zamin olaraq çıxış etməyə razı olduqları şəxslə olan münasibətlərini və üzərlərinə götürdükləri öhdəlik və riskləri tərəzinin müxtəlif gözlərinə qoyaraq müqayisə etmələrini, bundan sonra artıq müvafiq qərar vermələrini məsləhət görərdim. Çünki kredit götürən şəxs riskin müqabilində pul vəsaitləri alır və öz ehtiyaclarına uyğun bu vəsaiti istifadə edir. Zamin isə sadəcə, öhdəliyə şərik olur. Zaminin tək qazancı zamini olduğu şəxsin rəğbətidir. Bu baxımdan zaminlər gələcək üçün ola biləcək qazanc və itkilərini analiz edib bu qərarı verməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir