DÜNYA


Kremldə Böyük Vətən müharibəsi illərindən qalmış bomba tapılıb

Moskva, 15 avqust, AZƏRTAC

Kremldə Böyük Vətən müharibəsi illərindən qalmış bomba tapılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin komendantı, general-leytenant Sergey Xlebnikov məlumat verib. Bildirib ki, bomba Kremlin ərazisində torpağın möhkəmləndirilməsi ilə bağlı aparılan işlər zamanı aşkarlanıb. S.Xlebnikov əlavə edib ki, bomba tapılan ərazidə çar dövründə ərzaq anbarı yerləşib. Böyük Vətən müharibəsinin ilk illərində Kremlin ərazisi güclü qorunsa da bir neçə dəfə bombardmana məruz qalıb. Hazırda bomba zərərsizləşdirilib və ərazidən çıxarılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.