İDMAN


Kriştiano Ronaldonun “Yuventus” klubuna transferi rəsmən təsdiqlənib

Bakı, 10 iyul, AZƏRTAC

Futbol üzrə Portuqaliya millisinin və “Real Madrid” komandasının hücumçusu Kriştiano Ronaldonun İtaliyanın “Yuventus” klubuna transferi rəsmən təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Madrid klubundan məlumat verilib.

Hər iki klub transfer müqaviləsinin detalları barədə ətraflı məlumat verməyib. Lakin İspaniyanın və İtaliyanın idman mətbuatı Ronaldonun transferinin 105 milyon avro müqabilində baş tutduğunu yazıb.

Xatırladaq ki, 2009-cu ildən “Real Madrid”in formasını geyən Kriştiano Ronaldo bu klubun heyətində ən çox qol vuran futbolçudur. Portuqaliyalı hücumçu əvvəlki rekordun sahibi olan Raul Qonsalesdən 303 oyun az keçirməsinə baxmayaraq, 438 qolla “Real”ın tarixinə ən məhsuldar futbolçu kimi düşüb. O, bu qolları 450 matçda vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.