İDMAN


Kross qaçışı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Bakı, 8 aprel, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda 8 klubdan idmançılar mübarizə aparıblar.

Qadınların yarışında 1 kilometr məsafəyə qaçışda Lamiyə Əsgərova birinci olub. Nika Məmmədova 2, Natavan Etibarova 4, Anna Yusupova isə 6 kilometr məsafəyə qaçışda qızıl medal qazanıblar.

Kişilərin mübarizəsində Cavid Zeynallı 2, Nadir Əliyev 3, İlham Abışov 6, Elman Abışov isə 10 kilometr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.