MƏDƏNİYYƏT


Kukla Teatrı yeni mövsümə iki tamaşa ilə başlayacaq

Bakı, 13 sentyabr, AZƏRTAC

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 15-də yeni mövsümün açılışı günü iki səhnə əsəri ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə teatrın tamaşaçıları “Cırtdan”a Azərbaycan dilində baxacaq. Sənət ocağı həmin gün rusdilli tamaşaçılar üçün isə “Üç cəsur”u təqdim edəcək. Şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan “Cırtdan”nın (səhnələşdirəni Rəhman Əlizadə) quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur.

Müxtəlif kukla texnikalarının istifadə olunduğu birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Araz Həsənli, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov və Aslan Fətullayev ifa edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.