CƏMİYYƏT
Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana qaçaq yolla keçirilməsinin qarşısı alınıb VİDEO
Bakı, 29 sentyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin respublika ərazisinə gətirilməsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 26-da keçirilmiş tədbirlər nəticəsində Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki zastavanın xidməti sahəsində İrandan Azərbaycan Respublikasına qaçaq yolla külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Nəticədə Cəlilabad rayon sakini 1979-cu il təvəllüdlü Nəsirov Rövşən Fərahim oğlu 7 kiloqram tiryək və 470 qram heroinlə saxlanılıb.
Fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.