CƏMİYYƏT


Kür çayının Neftçala rayonundan keçən hissəsi qadağan olunmuş ov vasitələrindən təmizlənib

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 14-15-də Kür çayının Neftçala rayonundan keçən hissəsi balıqların ovlanması üçün qurulan sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənib. Aksiyalarımız digər su hövzələrində də davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional ekologiya idarəsinin rəisi Kənan Kərimli deyib.

“Qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, sivil ov qaydalarına ziddir. Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, su hövzələrinin ətrafında yaşayan sakinləri belə balıq ovlayan qohumlarını, qonşularını bu işlərdən çəkindirməyə çağırırıq. Hesab edirik ki, ictimaiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar.

İctimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər”, - deyə K.Kərimli qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.