CƏMİYYƏT
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 santimetr artıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində suyun səviyyəsində 16, Təngərüdçayın Vaqo məntəqəsində 8, Viləşçayın Şıxlar və Böyük Qafqazın ərazisindən axan Qusarçayın Kuzun məntəqələrində 2, Vəlvələçayın Təngəaltı məntəqəsində 1 santimetr azalma qeydə alınıb. Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar, Gəncəçayın Zurnabad, Kürəkçayın Toğana, Şəmkirçayın Qalakənd məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 santimetr artıb. Hazırda məntəqədə su sərfi 175 kubmetr/saniyə qeydə alınır. Bu da ongünlük normanın 104 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 1 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 12 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 38 kubmetr təşkil edir. Bu da ongünlük normanın 36 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 3 dəfə azdır.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi 84,5 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 21 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 39 faiz çoxdur.
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 123 santimetr təşkil edib, Bankə məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 81 santimetr olub.