REGİONLAR
Kürdəmirdə “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilib
Kürdəmir, 28 iyun, AZƏRTAC
Kürdəmirdə rayon Polis Şöbəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhid Siyavuş Paşayev adına şəhər 6 saylı tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arzu Rzayev açaraq, narkomaniyanın müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biri olduğunu vurğulayıb. O, problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işinin genişləndirmək olduğunu vurğulayaraq, rayonda bu istiqamətdə görülən profilaktik tədbirlər barədə ətraflı məlumat verib.
Çıxışlarda vurğulanıb ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur. Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olunmasında, yeniyetmə və gənclərin bu bəladan uzaqlaşdırılmasında, onlarda sağlam həyat tərzinin formalaşdırılmasında cəmiyyətin bütün üzvləri birgə mübarizə aparmalı, maarifləndirmə tədbirləri mütəmadi xarakter almalı, milli-mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.
Tədbirdə narkoman ailəsindən bəhs edən videoçarx nümayiş olunub.