REGİONLAR


Kürdəmirdə “Xosu” ləqəbli narkotacir saxlanılıb

Kürdəmir, 29 aprel, AZƏRTAC

Kürdəmirdə “Xosu” ləqəbli narkotacir saxlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinə əvvəllər dəfələrlə məhkum olunan “Xosu” ləqəbli Zabil Nuriyevin qanunsuz olaraq narkotik vasitələr əldə etdiyi, daşıyaraq üzərində və yaşadığı evdə saxladığı, habelə narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olub. Daxil olan əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zabil Nuriyev saxlanılıb və rayon polis şöbəsinə gətirilib. Axtarış zamanı onun yaşadığı evdən külli miqdarda- 13.435 qram, üzərindən isə 1.299 qram, ümumilikdə 14.734 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Zabil Nuriyev ilkin dindirmə zamanı törətdiyi cinayət əməlini etiraf etmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.