REGİONLAR


Kürdəmirdə yol qəzası baş verib

Kürdəmir, 19 iyun, AZƏRTAC

Kürdəmir rayonu ərazisində ağır yol qəzası baş verib, xəsarət alanlar var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Opel” markalı avtomobilin sürücüsü Mingəçevir şəhər sakini 36 yaşlı Mirzəyev Vasif Valeh oğlu Bakı istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və kənardakı beton lövhəyə çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü, həmçinin sərnişinlər - Mingəçevir şəhər sakini 61 yaşlı İsmayılova İradə Məmməd qızı və Şəki rayon sakini 42 yaşlı Məmmədov Kamran İmran oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.