Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Küveytdə Ərəb Xəbər Agentlikləri Təşkilatı Baş Assambleyasının 46-cı konfransı keçirilib

Əl-Küveyt, 3 dekabr, AZƏRTAC

Dekabrın 2-3-də Küveyt Dövlətinin paytaxtı əl-Küveyt şəhərində Ərəb Xəbər Agentlikləri Təşkilatının (FANA) Baş Assambleyasının 46-cı konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Küveytin Baş naziri Cabir Mübarək əl-Həməd əs-Sabahın himayəsi ilə keçirilən tədbirdə üzv agentliklərin rəhbərləri, o cümlədən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) və Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və agentliyin ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyev iştirak ediblər.

Konfransın açılışında çıxış edən Küveytin informasiya və gənclər üzrə dövlət naziri Məhəmməd əl-Cəbri bu gün dünyada sürətlə cərəyan edən hadisələrin, ortaya çıxan çağırışların mediaya təsirsiz ötüşmədiyini, bəzi mənfi təmayüllərin yaranmasına səbəb olduğunu bildirib. Nazir qeyd edib ki, xəbər agentlikləri cəmiyyətlərin sabitliyini pozmağa, insanlarda çaşqınlıq yaratmağa yönəlmiş yalan xəbərlərə qarşı sipər olmalıdırlar.

Küveytli nazir AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanova dəvəti qəbul edərək konfransda iştirak etdiyinə görə təşəkkürünü bildirib.

Daha sonra FANA-nın prezidenti, Küveytin KUNA xəbər agentliyinin İdarə Heyətinin sədri Şeyx Mübarək Dueyc əl-İbrahim əs-Sabah və FANA-nın baş katibi Fərid Əyyar çıxış edərək konfransda müzakirə olunacaq məsələlər barədə məlumat verib, iştirakçıları fəal diskussiyalara çağırıblar.

Açılış mərasimindən sonra nümayəndələr KUNA-nın təşkil etdiyi fotosərgi ilə tanış olublar.

Sonra konfrans işçi iclaslarla davam edib.

Birinci işçi iclasda FANA-nın illik fəaliyyəti barədə məruzə təqdim edilib və qarşıda duran problemlər, o cümlədən təşkilatın büdcəsi, treninq proqramlarında iştirak məsələləri barədə müzakirələr aparılıb.

İclasda çıxış edən OANA-nın və Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov regional media qurumlarının səmərəli əməkdaşlığından danışıb. O, AZƏRTAC ilə Küveytin KUNA, Səudiyyə Ərəbistanının SPA agentlikləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq əmin olduğunu bildirib ki, Küveytdə yüksək səviyyədə təşkil edilən konfrans həm FANA və OANA, həm də ərəb xəbər agentlikləri ilə AZƏRTAC arasında əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.

“KUNA agentliyinin sədrliyi dövründə FANA çox mühüm irəliləyişlərə nail olub. Bu uğurda AZƏRTAC-ın yaxın dostları KUNA xəbər agentliyinin İdarə Heyətinin sədri Şeyx Mübarək Dueyc əl-İbrahim əs-Sabahın və peşəkar media mütəxəssisi, FANA-nın baş katibi Fərid Əyyarın ölçüyəgəlməz xidmətləri var. Onlar nəinki FANA-nın, habelə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, OANA-nın və digər regional media təşkilatlarının fəaliyyətinə də dəyərli töhfələr verir”, - deyə Aslan Aslanov qeyd edib.

OANA-nın veb-saytının ərəb dünyası ilə bağlı məlumatların daha geniş coğrafiyada yayılması üçün mühüm platforma olduğunu vurğulayan Aslan Aslanov ərəb xəbər agentliklərini burada daha çox informasiya paylaşmağa çağırıb. O, AZƏRTAC-ın OANA-nın daha da təkmilləşdirilməsi, müasir tələblərə cavab verən quruma çevrilməsi üçün daimi baş katiblik ofisinin yaradılması, qurumun təlim akademiyasının təsis edilməsi, maliyyə komissiyasının formalaşdırılması və digər təkliflər irəli sürdüyünü xatırladıb, bununla bağlı ərəb xəbər agentliklərinin fikirlərinin də önəmli olacağını diqqətə çatdırıb.

Hazırda medianın əsas problemlərindən birinə çevrilmiş yanlış xəbərlərin yayılmasının qarşısının alınması yollarına toxunan OANA-nın prezidenti etibarlı xəbər mənbələri olan agentliklərin daha sıx əməkdaşlıq qurmasına, informasiya və təcrübə mübadiləsini gücləndirməsinə ehtiyac olduğunu bildirib.

İşçi iclaslarda bir sıra qərarlar qəbul olunub.

Qeyd edək ki, FANA 1975-ci ildə yaradılıb. Mərkəzi qərargahı Livanda yerləşən bu təşkilat öz sıralarında 18 ərəb xəbər agentliyini birləşdirir. Ərəb Liqasının nəzdində fəaliyyət göstərən FANA-nın məqsədi media qurumlarının əməkdaşlığının gücləndirilməsi və üzv agentliklər arasında təcrübə mübadiləsinin genişləndirilməsidir.

Şeyx Mübarək Dueyc əl-İbrahim əs-Sabah 2015-ci ildən FANA-ya sədrlik edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur