İQTİSADİYYAT


Küveytin neft naziri: OPEC+ sazişinin müddətinin uzadılması barədə danışmaq hələ ki tezdir

Bakı, 16 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən və gələn ilin mart ayının sonunda başa çatacaq neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılması barədə danışmaq hələ ki tezdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Küveytin neft naziri Əssam əl-Marzuk deyib. O bildirib ki, hazırda neft bazarında sabitlik yaranıb.

“Sazişin müddətinin uzadılmasına qərar vermək hələ çox tezdir. Noyabr ayından əvvəl belə bir qərarın verilməsi düzgün deyil. Lakin neft ehtiyatlarda azalma, “qara qızıl”ın qiymətində isə yaxşılaşma müşahidə olunur. Bu, hamını razı salır. Məncə, bu proseslər hamını qane etməlidir. Ona görə də, sazişin müddətinin uzadılmasını düşünmək əvəzinə öhdəliyə sadiq qalmaqda davam etmək lazımdır”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, hazırda neft hasilatının azaldılması üzrə OPEC+ sazişinə 24 ölkə qoşulub. OPEC noyabrın 30-da Vyanada toplaşaraq neft bazarındakı vəziyyəti müzakirə edəcək.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.