RƏSMİ XRONİKA
LƏTİF KƏRİMOVUN 100 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2006-cı ilin noyabr ayında Azərbaycan xalça sənətinin inkişafında böyük xidmətlər göstərmiş xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Lətif Kərimovun anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan xalq tətbiqi sənətinin tədqiqi və təbliği işinə sanballı töhfələr vermiş Lətif Kərimovun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 oktyabr 2006-cı il.