CƏMİYYƏT


Laçına – Zabuxa, Susa qayıdış başlayacaq VİDEO

Bakı, 13 avqust, AZƏRTAC

Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi müharibə cinayətinin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Laçın rayonunun Zabux kənd sakini Əliyev Allahverdi Əşrəf oğlu doğma yurdlarının işğaldan azad olunmasına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. O qeyd edib ki, Zabuxa qayıtdıqdan sonra qurub-yaradacaq, əvvəlkindən də yaxşı yaşayacaqlar.

Dövlət Komitəsinin hazırladığı videoçarxlarda onlar bununla bağlı fikir və duyğularını bölüşür, tarixən Azərbaycana məxsus olan həmin torpaqlarda əvvəllər ermənilərin yaşamadıqlarını bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.