DÜNYA


Latviya Prezidenti Seymdə təmsil olunan bütün partiyaların başçıları ilə görüşəcək

Riqa, 26 noyabr, AZƏRTAC

Latviya Prezidenti Raymonds Veyonis Seymə seçilmiş bütün partiyaların başçıları ilə görüşəcək.

AZƏRTAC xəbər verir ki, siyasi partiyalar Prezidentin göstərdiyi müddətdə baş nazir vəzifəsinə növbəti namizəd barədə razılığa gələ bilməyiblər. Prezident müsahibələrindən birində deyib ki, tərəflər onlara ayrılan müddət ərzində razılaşma əldə etməsələr, daha onlara belə fürsət verilməyəcək.

Ötən həftə tərəflər rəsmi danışıqlar aparmayıblar. Buna görə də razılaşma əldə olunmayıb. Daha əvvəl siyasətçilər xatırladıblar ki, kompromis yolu ilə namizəd irəli sürülməsi çətin ki mümkün olsun.

Hazırda bu vəzifəyə iki mümkün namizəd var: Aldis Qobzems (KPV LV) və Artis Pabriks (AR). Onların, həmçinin prezident tərəfindən namizəd irəli sürülmək şansı var.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.