DÜNYA


Latviya Seymi məcburi vaksinasiya barədə qərarı avqustda qəbul edəcək

Riqa, 17 iyul, AZƏRTAC

Avqustun 2-də Latviya Seymi “COVID-19 infeksiyasının yayılmasının idarə edilməsi haqqında” Qanuna hökumətin etdiyi düzəlişlərin nəzərdən keçirilməsi məqsədilə növbədənkənar iclas keçirəcək.

AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, ölkənin Nazirlər Kabineti səhiyyə, təhsil və sosial qayğı sahələrində çalışan işçilərin məcburi vaksinasiyasını nəzərdə tutan düzəlişləri təsdiqləyib.

Bildirilib ki, oktyabr ayının 1-dən etibarən işəgötürən şəxslər vaksinasiyadan imtina edən işçiləri işdən çıxarmaq hüququna sahib olacaqlar.

Nazirlər Kabineti qanuna düzəlişlər edərək Seymin qanun layihəsini iki oxunuşda nəzərdən keçirməli olduğunu qeyd edib. Bildirilib ki, qanun layihəsi qüvvəyə minməsi üçün Seym tərəfindən təsdiq edilməli, daha sonra isə ölkə prezidenti tərəfindən elan edilməlidir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.