DÜNYA


Lavrov və Blinken arasında telefon danışığı olub

Moskva, 29 iyul, AZƏRTAC

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, tərəflər ikitərəfli münasibətlər, məhbusların mübadiləsi və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Rusiya XİN-in məlumatına görə, Ukrayna münaqişəsinin müzakirəsi zamanı Sergey Lavrov xüsusi əməliyyatın məqsəd və vəzifələrinin tam yerinə yetiriləcəyini bildirib.

Xarici siyasət idarələrinin başçıları qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə də toxunublar.

S.Lavrov həmkarına İstanbul razılaşması barədə məlumat verib.

Qeyd edək ki, bu, Ukrayna münaqişəsi başlanandan sonra Rusiya və ABŞ xarici siyasət idarələrinin başçıları arasında ilk telefon danışığıdır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.