REGİONLAR
Lənkəranda "Ölümsüzlər" kitabının təqdimatı keçirilib
Lənkəran, 8 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər Evində Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşad Baratın Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş "Ölümsüzlər" kitabının təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlər haqqında yazılmış yeni kitabın təqdimat mərasimində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti ictimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Könül Manafova, Şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramin Rəhimov, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sadiq Həmidov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən lənkəranlı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.
Yaradıcılığından və sayca beşinci kitabı olan “Ölümsüzlər”in bədii məziyyətlərindən danışan müəllif Elşad Barat bildirib ki, 300 səhifəlik kitabda 100-ə yaxın şəhid haqqında məlumat, şeir və şəkillər yer alıb.
Şəhid baş leytenant Vüsal Kazımovun atası Kamran Kazımov çıxışında müəllifə minnətdarlığını ifadə edib.