REGİONLAR


Lənkəranın sitrus bağlarında limon yığımına başlanılıb

Lənkəran, 5 fevral, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Lənkəranın sitrus bağlarında limon yığımına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yay mövsümündə havaların quraq keçməsi limon bağlarında məhsuldarlığa təsir etməsə də, məhsulun həcminə təsirsiz ötüşməyib.

Ancaq bu, sitrusçuluqla məşğul olan fermerləri və məhsul istehsalçılarını bir o qədər də narahat etmir. Bağlarda bol məhsul yetişib.

Məhsul istehsalçıları yetişdirdikləri limonu əsasən yerli və ətraf rayonların, Bakının bazarlarında satışa çıxarırlar.

Xarici ölkələrdən gətirilmiş limonlar yerli məhsulun bazarına təsir etsə də, ancaq fermerlər nikbindirlər. Çünki may ayına qədər ağacda saxlanılan limonun qiyməti yüksələcək.

Hazırda isə bir ədəd limonun qiyməti növündən və həcmindən asılı olaraq 0,20-1 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.