SİYASƏT


Leonid Slutski: Heydər Əliyev Fondu humanitar layihələr həyata keçirən iri dünya fondları sırasına daxil olub

Moskva, 10 may, AZƏRTAC

Heydər Əliyev Fondu tarix, fəlsəfə, ədəbiyyat, incəsənət sahələrində humanitar layihələr həyata keçirən iri dünya fondları sırasına əsaslı surətdə daxil olub.

Bunu jurnalistlərə müsahibəsində Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski deyib.

Rusiyalı deputat Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə təbriklərini çatdıraraq qeyd edib ki, mədəniyyətlərin dialoqu Fondun fəaliyyətinin əsasını təşkil edir. L.Slutskinin sözlərinə görə, bu gün Fond tərəfindən təməlində böyük insan, intellektual və maliyyə resurslarının olduğu meqalayihələr həyata keçirilir. Ayrı-ayrı xalqların və ölkələrin mədəniyyətləri üçün əlamətdar olan bu layihələr müxtəlif yaş qruplarından olan minlərlə insanı birləşdirir. Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərdə ilk baxışdan bir-birinə bənzəməyən insanlar bir araya gəlirlər.

L.Slutski əlavə edib: “Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti və layihələrinin əvəzolunmaz ilhamvericisi Mehriban xanım Əliyevanın qarşısında baş əyirəm. Onun adı bu gün respublikada yoxsulluğun aradan qaldırılması, enerji cəhətdən müstəqilliyin təmin olunması fonunda ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin adları ilə yanaşı müasir Azərbaycanla ayrılmaz şəkildə bağlıdır. Mehriban Əliyeva Bakını dünyanın humanitar əməkdaşlıq paytaxtlarından birinə çevirməyə nail ola bilib”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.