CƏMİYYƏT


Lerik rayonunda baş vermiş yanğın söndürülüb

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 3-də saat 13:00 radələrində Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonunun Günəşlı kəndinin Lerik meşəbəyliyində yanğın hadisəsi baş verib.

Mürəkkəb relyefli, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və rayon sakinləri cəlb olunub.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın 18:00 radələrində söndürülüb və 0,7 hektar ərazidə quru ot örtüyü və kol-kos yanıb.

Havaların isti və quraq keçməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.