CƏMİYYƏT


Lerikdə zəlzələ baş verib

Bakı, 5 fevral, AZƏRTAC

Fevralın 5-də Yardımlı stansiyasından 24 kilometr şimal-şərqdə - Lerik rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:24-də qeydə alınıb.

Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala yaxın, yaxın rayonlarda 3 bala qədər hiss olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.