Litva Sənayeçilər Konfederasiyası ilə görüşdə KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
AzerTAg.az

Bakı, 23 may, AZƏRTAC
Litva-Azərbaycan biznes forumu çərçivəsində təşkil olunmuş Litva Sənayeçilər Konfederasiyası ilə görüşdə KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, KOB-ların iştirakı ilə birgə tədbirlərin təşkili müzakirə edilib.
Vilnüsdə keçirilən Litva-Azərbaycan biznes forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Litva Sənayeçilər Konfederasiyasının prezidenti Vidmantas Janulevicius ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Litvanın İnnovasiyalar Agentliyinin və “LitFood”un nümayəndələri də iştirak ediblər. Tərəflər hər iki ölkənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi sahəsində birgə təşəbbüslər, KOB-ların iştirakı ilə tədbirlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Xəbərin mətnində orfoqrafik səhv var